Cəmiyyət

Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək

29 Oktyabr 2014 12:50
9 Şərh     Baxış: 6 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda nisbətən mülayim hava şəraiti oktyabrın 30 və 31-də də davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.