Cəmiyyət

Payız yaş üzünü nə vaxtadək göstərəcək?

28 Oktyabr 2014 13:00
14 Şərh     Baxış: 10 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın 2-3 gündə Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli olacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da havanın temperaturu gecə 7-10, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında oktyabrın 29-da bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.