Cəmiyyət

Azərbaycanda yaxın 3 günün hava proqnozu

27 Oktyabr 2014 12:55
49 Şərh     Baxış: 15 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Oktyabrın 29 və 30-da Azərbaycanda havanın temperaturu əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək. Ölkə ərazisində buludlu hava şəraiti isə davam edəcək. Sabah isə Azərbaycan ərazisində soyuq, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də havanın temperaturu gecə 6-8, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Bəzi şərq rayonlarında yerlərdə yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.