Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət və qayğısı əhatəsində olan Silahlı Qüvvələr müasir döyüş texnikası ilə təmin edilir və davamlı olaraq hərbi hissələrdə təmir-tikinti işləri aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsində olaraq aparılan işlərin vəziyyəti ilə maraqlanıb.
Müdafiə naziri qısa müddət ərzində hərbi hissənin ərazisində həyata keçirilən işlərlə tanış olub, şəxsi heyətin rahat, isti şəraitdə yerləşməsi və qidalanması üçün əsgər kazarmalarını və yeməkxanada yaradılmış vəziyyəti yoxlayıb.
Sonra hərbi hissənin mühəndis-istehkam parkında döyüş texnikasının hazırlığına baxış keçirilib. Bildirilib ki, müharibə şəraitində hücum edən qoşunlarımızın maneəsiz, düşmənin müdafiə xəttini yararaq onun fortifikasiya qurğularını qısa zamanda asanlıqla keçməsi mühəndis-istehkam hərbi hissələrinin qarşısında duran əsas döyüş tapşırıqlarından biridir.
Bu məqsədlə Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdikləri xüsusiyyətlər, onların texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün yeni və müasir mühəndis-istehkam texnikası alınaraq qoşunların təminatına verilib.
Sonda müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb - FOTO
25 Oktyabr 2014 18:15
Baxış: 837
DİGƏR XƏBƏRLƏR
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
XƏBƏR LENTİ
- Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO
- Azərbaycanda 22 yaşlı oğlan qadını benzinlə yandırdı - RƏSMİ
- Yardım olmasa, Ukraynada vəziyyət pis olacaq - Börns
- Lavrov İstanbul razılaşmalarının bəzi bəndlərini açıqladı
- Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı
- Bakı milyonçusunun evi bu qiymətə satılır
- Naxçıvanla bağlı yeni qərar - Bu hüquq verilir
- Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
- Türkiyədə güclü zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR - VİDEO - FOTO
- “Almayla armud kimi çox fərqliyik” - FOTO
- Ən uzun qələbə seriyaları - SİYAHI
- Zülfiyyə: “50 yaşın var, get otur evdə, oxuma...”
- “Rusiya bu halda belə, hərbi əməliyyatlara fasilə verməyəcək”
- Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
- DİM sədrindən çağırış: Özünüzü aldatmayın!
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- Bakıda məşhur liseyin fəaliyyəti dayandırılır
- “Uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?!”
- ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil
- Kirayə üçün kompensasiya veriləcək - Kimlərə şamil ediləcək?
- Burak Özçivitin lüks avtomobilinin qiyməti gündəm oldu – FOTO
- Tbilisidəki aksiyada polislər yaralandı
- Xəzərdə tikinti üçün süni torpaq sahələri yaradılacaq
- Hindistanda dünyanın ən böyük seçkiləri başladı