Cəmiyyət

Bu günün hava proqnozu

26 Oktyabr 2014 00:05
15 Şərh     Baxış: 4 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Oktyabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntı olacağı gözlənilir.

Şimal-qərb küləyi 18-23 m/s sürətlə əsəcək, arabir 25-30 m/s-dək güclənəcək, gecə küləyin ani maksimal sürətinin 33-35 m/s-yə çatacağı ehtimal olunur, axşama doğru tədricən 10-15 m/s-dək mülayimləşəcək.

Temperatur gecə və gündüz 8-12°, Bakıda gecə və gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 15-20 m/s-dək güclənəcək.

Temperatur gecə 1-6, gündüz 9-14° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Temperaturun gecə 3° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi 5-10, arabir 15-20 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.

Temperaturun gecə 4-8°, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Temperaturun gecə 1-6°, gündüz 6-11° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi 5-10, arabir 15-20 m/s sürətlə əsəcək, gecə ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.

Temperaturun gecə və gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Temperatur gecə və gündüz 8-12°, dağlarda gecə 0-4°, gündüz 5-8° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.