Cəmiyyət

Bakıda "at oynadan" sürücünün kimliyi məlum oldu - FOTO

25 Oktyabr 2014 13:45
9 Şərh     Baxış: 9 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mərdəkanda bahalı maşını ilə avtoşluq edərək gündəmə gələn Rauf adlı gəncin dəbdəbəli həyatını əks etdirən fotolar dünəndən mediada yayımlansa da, hələ də onun kimliyi ilə bağlı dəqiq məlumat yayımlanmayıb.

Maraqlıdır ki, Rauf avtoşluğu ilə medianın gündəminə tez-tez gələn digər vəzifəli şəxslərin övladlarından fərqli olaraq, həm də cazibədar qızlarla olan fotoları ilə diqqəti üzərinə çəkib. Demək olar ki, dünəndən sosial şəbəkələrin əsas müzakirə mövzusu Raufun "90 MP 090" dövlət nömrə nişanlı maşınını reklam edən qızlardır.

"Qafqazinfo" isə Raufun atasının kimliyini öyrənə bilib. Məlum olub ki, Rauf Hüseynov iş adamı Ramiz Hüseynovun oğludur. 23 yaşlı Rauf Xəzər Universitetində təhsil alıb və hazırda hərbi xidmətdədir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.