Cəmiyyət

Azərbaycanda yeyinti məhsulları üçün sertifikatın alınmasında yenilik

25 Oktyabr 2014 15:33
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yeyinti məhsulları üçün sertifikatın alınmasına görə dövlət rüsumlarının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi tələbi qoyulacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Azərbaycan Respublikası Prezidenti tərəfindən parlamentə daxil olmuş "Yeyinti məhsulları haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanuna ediləcək yeni dəyişiklik dövlət rüsumunun ödənilməsi zamanı korrupsiya və digər neqativ halların qarşısının alınmasına və müasir ödəmə sistemlərinin (nağdsız) tətbiqinin genişləndirilməsinə imkan verəcək.

Layihəyə qeyd edilən digər dəyişikliyə görə, Azərbaycana idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək veriləcək.

Dəyişikliyin edilməsində məqsəd istifadə müddəti keçmiş yeyinti məhsullarının dövriyyədən çıxarılması, habelə yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində standartlara və tələblərə əməl olunmasına görə dövlət nəzarətinin həyata keçirilməsi, insanların həyatı və sağlamlığına təhlükə törədə biləcək halların aşkarlanması sahəsində işlərin daha da ciddiləşdirilməsidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.