Cəmiyyət

Hüquqi şəxslərin bəzi xətalarına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri müəyyənləşdirilir

25 Oktyabr 2014 13:21
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hüquqi şəxslərin bəzi xətalarına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri müəyyənləşdirilir

Milli Məclisdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslərlə yanaşı, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri də bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunacaqlar.

Layihəyə görə, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin və ya digər əmlakın leqqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Məcəllənin hazırkı variantında isə qeyd olunan hallara görə inzibati tənbehin müddəti müəyyənləşdirilməmişdi. Hazırkı Məcəlləyə görə, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Qeyd edək ki, təklif olunan dəyişikliklər Milli Məclisin oktyabrın 28-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.