Cəmiyyət

Cinsiyyət orqanını it qoparan 9 yaşlı uşaqdan xəbər var

24 Oktyabr 2014 23:01
2 Şərh     Baxış: 7 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir müddət öncə cinsiyyət orqanını it qoparan 9 yaşlı Fərid Ağakişiyev müalicə nəticəsində yaxşılaşıb. O, artıq müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan evinə çıxarılıb. Milli.az xəbər verir ki, bu barədə modern.az-a məcburi köçkün uşağın babası Allahyar Ağakişiyev məlumat verib.

O deyib ki, hazırda Fəridin vəziyyəti çox yaxşıdır. 1 aydan sonra yenidən əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdiriləcək.

"Kömək üçün sizin sayt vasitəsilə müraciət edəndən sonra bank hesabına kifayət qədər yardım toplandı. Modern.az saytı vasitəsilə ailəmizə yardım göstərən hər kəsə təşəkkür edirəm. Ağır günlərimiz artıq geridə qaldı. Allah hər birinizdən razı olsun".

Allahyar Ağakişiyev deyib ki, nəvəsi barədə modern.az-da yazı dərc edildikdən sonra Mərkəzi Klinik Xəstəxana rəhbərliyi onların qalan borclarını da silib: "Artıq hər şey qaydasına düşüb. Müraciətimizdən sonra xəstəxana rəhbərliyi qalan borcumuzu da sildi. Şükür ki, nəvəm sağ-salamatdır. Bütün həkimlərə minnətdaram".

Qeyd edək ki, bu ilin 19 sentyabr tarixində Biləsuvarda yaşayan məcburi köçkün, əslən Cəbrayıldan olan Fərid Ağakişiyevə qonşunun nəzarətsiz qalan iti hücum etmiş, və onun cinsiyyət orqanını qoparmışdı. Edilən müdaxilə və həyata keçirilən əməliyyatlardan sonra Fəridin həyatını xilas etmək mümkün olub. Maddi cəhətdən çətinlik çəkən ailə xəstəxana xərcini ödəyə bilmədiyindən saytımız vasitəsilə imkanlı şəxslərə müraciət etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.