Cəmiyyət

Bakıda insan hüquqlarına dair beynəlxalq konfrans keçirilir

24 Oktyabr 2014 10:15
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, konfransın açılışında Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edirlər.

İki gün davam edəcək konfransda "Qabaqlama tədbirləri", "Məhkəmə qərarlarının icrası", "Konvensiya sistemi çərçivəsində olan hakimlərarası dialoq" mövzuları üzrə sessiyalar təşkil ediləcək.

Sessiyalarda "Milli qanunvericilikdə Konvensiyanın rolu", "Avropa Şurasına üzv olan dövlətlərin Ali məhkəmələrinin oynadığı rol", "Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair ən qabaqcıl təcrübələr", "Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması: təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası", "Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzər almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları: məhkəmə praktikasını dəyişmək yolu ilə yerli qanunvericilikdə olunan uyğunlaşmanın məhdudiyyətləri", "Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər", "Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq", "Konvensiyasının 16-cı Protokolu" və "Venesiya Komissiyasının rolu" mövzularında mühazirələr söyləniləcək.
Konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.