Cəmiyyət

Hilal Məmmədov üç günlük azadlığa çıxdı

23 Oktyabr 2014 19:30
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hilal Məmmədov qızının toyunda iştirak etmək üçün üç günlük azadlığa buraxılıb

"Tolişi Sedo" qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.

S.Qocamanlı bildirib ki, H.Məmmədov qızının toyu ilə bağlı olaraq azadlığa buraxılıb: "İnsan Hüquqları üzrə Birləşmiş Qrupun dünən keçirilən iclasında biz bu məsələni müzakirə etdik və müsbət qarşılandı. Bu gün azadlığa buraxılıb. Toyda iştirak edib üç gün sonra yenidən cəzaçəkmə müəssisinə qaytarılacaq". 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.