Cəmiyyət

Virus İmişliyə də çatdı

23 Oktyabr 2014 17:44
0 Şərh     Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonunun bir neçə kəndində iribuynuzlu heyvanlar arasında "Nodulyar dermatit" virus xəstəliyinin kliniki əlamətləri müşahidə edilib

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar Dövlət Xidmətinin rəis müavini Azər Süleymanov İmişli rayonuna ezam olunub. Bu gün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavininin rəhbərliyi altında xidmət əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya, desinseksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini həyata keçiriblər.

A.Süleymanov İmişli rayonunun kəndlərindəki xəstəlik qeydə alınan bütün təsərrüfatlarda olub. Fermerlərə və ayrı-ayrı təsərrüfat sahiblərinə xəstəlik barədə ətraflı məlumat verərək xəstəliyin müalicəsi istiqamətində aparılan məqsədyönlü tədbirlərdən danışıb. Eləcə də vurğulayıb ki, aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri öz effektini verməkdədir. Artıq xəstəliyin dinamikasında enmələr müşahidə edilir.

O qeyd edib ki, xidmət xəstəliyə qarşı mübarizədə bütün imkanları səfərbər edir və edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.