Cəmiyyət

Bakını silkələyən dəhşətli qətlin ŞOK İDDİAsı ilə bağlı AÇIQLAMA

23 Oktyabr 2014 12:05
3 Şərh     Baxış: 2 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AzVision.az saytı ötən gün Bakıda bacısı tərəfindən qətlə yetirilən Nuriyeva Günel Etibar qızı ilə bağlı yeni məlumatlar əldə edib. Belə ki, qətlə yetirilən 20 yaşlı qız Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi olub.

Mərhumun təhsil aldığı akademiyanın dekan müavini AzVision.az-a açıqlamasında bildirib ki, mərhum Günel Nuriyevanın cinsi azlıq nümayəndəsi olması barədə yayılan məlumatların heç bir əsası yoxdur:

"Çox yaxşı tələbə olub. Rayondan bura gəlmişdi. Çox sakit biri idi. Biz onda hər hansı bir dəyişiklik müşahidə etməmişik. Gənc bir qız haqqında elə sözlər yazmaq olmaz. Onun haqqında yazılanlar yanlış məlumatdır. Həmin xanım çox yaxşı bir ailənin övladı olub. Bu ailəyə vurulan zərbə idi. İnternetdə bəziləri qızlara ləkə yaxırlar".

Dekan müavini qeyd edib ki, bacılar Şəki rayonundan olublar və Bakı şəhərində kirayə yaşayırlarmış:

"Bacıların hər ikisi yaxşı qız olub. Bacısı ilə dərsə gəlib-gedirdi. Belə bir hadisənin baş verməsi bizə də pis təsir etdi".

Xatırladaq ki, hadisə dünən Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıblar. Aparılan araşdırmalardan sonra məlum olub ki, mərhum bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla qətlə yetirilib.

Hadisə baş verən ailənin başçısı Etibar Nuriyevin tanınmış biznesmen olduğu deyilir. Onun Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.