Cəmiyyət

ANS-in keçmiş jurnalisti ölüm ayağındadır

22 Oktyabr 2014 16:53
0 Şərh     Baxış: 2 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS Televiziyasında çalışmış jurnalistin hazırda həyatı təhlükədədir

"Qafqazinfo" xəbər verir ki, Gəncə Media Mərkəzinin və uzun müddət ANS TV-nin Gəncə bürosunun əməkdaşı olmuş Nəriman Məmmədovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə Facebook-da müraciət yayılıb:

"O, hazırda İstanbulun Çapa Tıbb Fakültəsinin İnfeksion bölməsinə yerləşdirilib. Hal-hazırda durumu olduqca ağırdır. Müalicəsi üçün 22.000 manatdan yuxarı pul tələb olunur. Nəriman Məmmədovun 3 övladı var. Oğlanlarından biri hal-hazırda Azərbaycan Ordusunda xidmət edir. Bir neçə il öncə Nəriman Məmmədovun xanımı həkimlərin səhvi üzündən həlak oldu. Gəlin hamılıqla 3 övlad atasının, bir ailə başçısının həyatda qalması üçün əlimizdən gələn köməkliyi əsirgəməyək. Yardımları Nərimanın qohumlarının bankda açdığı hesab vasitəsi ilə bu hesab nömrəsinə göndərin:

Azərbaycan Beynelxalq Banki Gəncə Filialı

Kod: 509352

Voen: 9900001881

Muxbir hesab: AZ03 NABZ01350100000000002994

swift; IBAZAZ2X

Tranzit hesab: 34501029440000255255

Xelilova Sedaqet Hesen

İstanbulda olanlar şəxsən özünə, +905376832889 nömrəsinə zəng vuraraq, Azərbaycanda isə dostları . 0557198584 Nazir, 0552996032 Emin ilə əlaqə saxlayıb yardım edə bilərlər. Hamınızdan imkanınız çatan qədər bir ailənin ümidinin və ocağının sönməməsi üçün əlinizdən gələn formada yardım etməyinizi xahiş edirik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.