Cəmiyyət

Pis müdir əməkdaşların ürək tutması riskini artırır

21 Oktyabr 2014 16:36
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pis müdir əməkdaşların iş həyatına və onların fiziki, əqli sağlamlığına zərər yetirir

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Harvard Tibb Məktəbinin araşdırmaçıları deyiblər.

Onların sözlərinə görə, müdirin pis xasiyyəti əməkdaşların fərdi işinin nəticələrinin və ümumilikdə təşkilatın səmərəliliyinin yaxşılaşmasına kömək etmir.

Pis müdir hətta əməkdaşlarda ürək tutması riskini artırır. Belə müdirlə gündəlik ünsiyyət saxlamaq məcburiyyəti də işçinin təzyiq və yuxu problemləri ilə üzləşməsinə səbəb olur.

Bundan əlavə, işçi zərərli vərdişlərə - siqaret çəkməyə, spirtli içki qəbul etməyə meylli olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.