Cəmiyyət

Niderlanddakı azərbaycanlılar erməni məsələsinə görə Amsterdam Universitetinə etiraz məktubu göndərdilər

21 Oktyabr 2014 16:06
0 Şərh     Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Niderland Krallığında fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları hazırda ABŞ-da yaşayan Bakı ermənisi Anna Astvatsaturyanın 90-cı illərdə Bakı və Sumqayıtda baş vermiş hadisələr haqqında Azərbaycan əleyhinə yazdığı kitabın Amsterdam Azad Universitetində keçirilən təqdimat mərasimi ilə əlaqədar etiraz məktubu göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda 1990-cı ildə Bakı və Sumqayıtda törədilmiş iğtişaşların məhz ermənilər tərəfindən təşkil olunmasının artıq sübuta yetirildiyi, hazırda Azərbaycanda 30 mindən artıq erməninin yaşadığı bildirilir: "Bir çox millətlərin uzun illər boyunca dostluq şəraitində yaşadığı Azərbaycanın tolerant ölkə olması faktı ilə barışa bilməyən ermənilər böhtan atmaq kimi iyrənc əməllərinə son qoymurlar".

Etiraz məktubunda daha sonra bildirilir ki, Azərbaycanın tolerant ölkə olmasını Bakıdakı erməni kilsəsinin mövcudluğu da sübut edir. "Etnik təmizləmə siyasəti aparan Ermənistanda isə bir azərbaycanlı belə qalmayıb. Bu və bu kimi digər faktlar hələ də dünya ictimaiyyətindən gizlədilir.

Kitabın təqdimatında BAK-ın üzvü olan gənclər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər. Hollandiya Erməni Komitəsi və Erməni Gənclər Təşkilatı tərəfindən təşkil olunmuş tədbirin sonunda Beniluks Azərbaycanlıları Konqresinin gəncləri A.Astvatsaturyana ermənilərin Dağlıq Qarabağda və Xocalıda törətdiyi vəhşiliklər haqqında suallar verib, fakt və dəlilləri diqqətə çatdırıblar.

Bundan əlavə, Amsterdam Azad Universitetinin rəhbərliyinə, kitabın müəllifi A.Astvatsaturyana Benilüks Azərbaycanlıları Konqresi və Niderlandda fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları tərəfindən rəsmi etiraz məktubları göndərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.