Cəmiyyət

Dindara qohum-əqrəba, dost-tanış lazımdırmı?!

21 Oktyabr 2014 22:47
14 Şərh     Baxış: 6 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İslam dinində ən çox tövsiyə edilmiş işlərdən biri də qohum-əqrəba ilə münasibəti isti saxlamaqdır. Qeyd edəcəyimiz hədisdə qohumluq haqqının nə qədər ciddi olduğu göz önündədir.

Cəhəm ibni Huməyd İmam Sadiqdən (ə) soruşur: "O qohumlar ki, dini əqidəmə müxalifdirlər, onların mənim boynumda haqqı vardırmı?". Buyurur: "Bəli, qohumluq haqqı vardır ki, heç bir şey onu kəsə bilməz. Əgər səninlə həməqidə olsalar, iki haqq vardır: qohumluq haqqı və İslam dini haqqı."

Amma nədənsə bəzi dindarlar ibadətə başlayandan qohumları, köhnə dost-tanışları ilə əlaqələri soyudurlar. Hətta bu cür düşünənlər də var: "Qohum evinə getdikdə əmi-dayıqızları mənimlə görüşürlər. Bu da günah olduğu üçün bilmirəm nə edim. Ən yaxşı variant getməməkdir"

Əlbəttə ki, bu da yol deyil. Əslində, dindar öz ətrafında, qohum-qonşu, dost-tanış arasında öz əqidə satutusunu təlqin etməyi, özünü, etiqadını doğrultmağı bacarmalıdır. Dindar şəxs savadlanmazsa, yersiz mühafizəkarlıq edərsə, təbii ki, nə onun özünə hörmət edilər, nə də dininə. Nəzərə alaq ki, müstəqillikdən sonra İslam dini hələ ölkəmizdə yeni-yeni dirçəlməyə başlayır. Bu cəhətdən dindarların qeyri-dindarlarla münasibətlərinin intensivliyi lazımi qaydada olmalıdır. Hədislər bizə hətta ən çətin qohumlarla belə isti münasibətlər qurmağı tövsiyə edir:

İmam Sadiq (ə) buyurur: "Peyğəmbərin (s) yanına bir nəfər gəlir və deyir: "Ey Rəsuləllah! Mənim qohumlarım vardır ki, bizə zülm etməkdən, qohumluq əlaqəsini kəsməkdən başqa bir iş görmürlər. Onlarla nə edim?" Buyurur: "O kəs ki, səninlə qohumluq əlaqəsini kəsmişdir, onunla əlaqə yarat. Səni məhrum edənə əta et. O kəs ki, sənə zülm etmişdir, ona güzəşt et. Nə zaman belə etsən, Allah sənin dayağın olar."

Son olaraq, unutmayaq ki, bu gün namaz qılmayan dindarlar kimi, vaxtilə əksəriyyətimiz də namaz qılmamışıq.

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.