Cəmiyyət

Seyid Əzimin küçəsində sakinlər "Allaha rüşvət"in əzabını yaşayırlar - VİDEO

21 Oktyabr 2014 12:50
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şamaxıda 40 ailənin yaşadığı mənzilə yağış suları dolub.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, 3 il öncə binanın dam örtüyü yenilənsə də, bu problem həllini tapmayıb.  Yağış sularının intensiv olaraq mənzillərə sızması nəticəsində evlərin divarları kif bağlayıb. Otaqlar və içindəki əşyalar yararsız vəziyyətə düşüb, divarların bəzi hissəsi qopub tökülüb.

Şəhərin S.Ə.Şirvani küçəsində yerləşən 5-mərtəbəli binanın dam örtüyündə yaranan problem sakinlərin narazılığına səbəb olub. Bu binanın dam örtüyü 2011-ci ildə baş verən təbii fəlakət zamanı yararsız vəziyyətə düşmüşdü. Çox keçmədən binanın dam örtüyü yenilənib. Ancaq bu, problemi həll etməyib. Səbəb novçaların ensiz və kiçik olmasıdır. Güclü yağış yağdığı zaman bu novçalar suyu ötürmək qabiliyyətində deyil. Nəticədə aşıb-daşan su evlərə dolur. Sakinlər əlaqədar təşkilatlardan problemin həllini istəyirlər.

Şamaxı Mənzil İstismar Sahəsi problemdən xəbərdardır. İdarə rəhbəri növbəti bir həftə ərzində sakinlərin müraciətinə baxılacağını deyir. Sakinlərə isə qalır səbir etmək. Minə dözən min birə də dözər... Verilən vədin doğru çıxıb-çıxmayacağı isə bir həftədən sonra bilinəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.