Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, oktyabrın 19-da axşam saatlarında hava şəraitinin kəskin dəyişməsindən sonra dam örtüyünün bir hissəsinin sıradan çıxması nəticəsində məktəbdə tədris müvəqqəti dayandırılıb.Bakı şəhərindəki 225 saylı tam orta məktəbdə dərslər hələ də bərpa olunmayıb
O deyib ki, məktəbdə görülən işlər hələ tamamlanmayıb:
"Ona görə də məktəbdə bu gün dərslərin başlaması mümkün olmayıb. Bu gün tədris ocağında işlər davam etdirilir. İşlərin mümkün qədər tez başa çatdırılması nəzərdə tutulur".
Milli.Az