Cəmiyyət

Ekoloqdan sərt qış xəbərdarlığı: "Bunun tam əksini gözləmək lazımdır"

21 Oktyabr 2014 02:30
44 Şərh     Baxış: 19 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qonşu ölkələrdə qış sərt üzünü göstərib. Artıq Rusiya və Türkiyəyə qar yağıb, temperatur xeyli aşağı düşüb. Bunun nəticəsi olaraq, artıq Azərbaycanda da havalar soyuyub. Görəsən, qarlı-boranlı qışın ölkəmizə tez gəlməsini gözləmək olarmı?

Ekoloq Telman Zeynalov hesab edir ki, bu il Azərbaycanda qış çox sərt olacaq. Milli.Az-a açıqlama verən ekoloq bildirdi ki, ölkədə bu yay havalar çox quraq və isti olub. Ona görə də bunun tam əksini gözləmək lazımdır. "Ölkədə iki ay yarım quraqlıq oldu. Ona görə də qışı sərt gözləmək lazımdır. Temperatur mənfi 7-8 dərəcəyədək düşəcək, qış qarlı keçəcək. Son günlər müşahidə edilən havalar da göstərir ki, qış tez gələcək. Rusiyada artıq hava kəskin soyuyub və həmin hava cənuba doğru hərəkət edir", - deyə T.Zeynalov xəbərdarlıq etdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Milli.Az-a açıqlamasında bildirdi ki, qış haqda indidən danışmaq tezdir. Havaların soyuması qışın tez gəlməsinə dəlalət etmir. İndidən qışın necə keçəcəyi barədə proqnoz vermək qeyri-ciddi görünər.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.