Milli.Az xəbər verir ki ,bu barədə axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli sosial şəbəkədə sözügedən xəstəxananın reanimasiya otağının qarşısına su səpilərək süpürüldüyünü əks etdirən fotolarla bağlı danışarkən bildirdi."Səhiyyə Nazirliyi 3 saylı şəhər klinik xəstəxanası ilə bağlı məsələni araşdırıb"
Nazirlik sözçüsü qeyd etdi ki, fotolar xəstəxananın təmir gedən hissəsində çəkilib:
"Bununla bağlı bizə müraciət edən kimi rəhbərliklə əlaqə saxlayıb məsələni aydınlaşdırdım. Fotolar xəstəxanaının təmir gedən hissəsində çəkilib. Ümumiyyətlə, hazırda həmin korpusda təmir işləri gedir. Özünüz də maraqlana bilərsiniz. Təmir gedən korpusda isə heç bir xəstə yatmır, həkimlər də yoxdur. Fotoda işçilərdən biri reanimasiya otağının qarşısını süpürərkən çəkilib".
Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində "Sancaq" səhifəsi Sabunçuda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasında reanimasiya otağının qarşısının tozunun su səpilərək süpürüldüyünü göstərən fotolar paylaşıb.
Milli.Az