Cəmiyyət

Yenə də avtobus... - FOTO

20 Oktyabr 2014 14:39
4 Şərh     Baxış: 1 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son dövrlər Bakıda sərnişin avtobuslarının sürücülərinin törətdikləri bəd əməllər o qədər çoxalıb ki, artıq xəbərlərə başlıqlar verməyə çətinlik çəkirik. Biz jurnalistlər "Avtobus biabırçılığı" mövzusunda xəbərlər yazmaqdan yorulduq, ancaq sürücülər bu biabırçılıqları təkrarlamaqdan usanmadılar. 

Bu gün belə bir hadisə yenidən baş verib. 193 saylı marşrut avtobusu Bakının mərkəzində yaşayış binasına çırpılıb. Milli.Az Motor.Day.Az-a istinadən bildirir ki, hadisə Şeyx Şamil küçəsi ilə Lermontov küçəsinin kəsişməsində baş verib. Marşrutun dispetçerinin sözlərinə görə, avtobus dayanacağa yeni gəlmişdi. Bu səbəbdən də içində sərnişin olmayıb. Sürücü avtobusu yerindən tərpədəndə əyləclər işləməyib. Nəticəni isə aşağıdakı fotolardan görmək olar. 

Xoşbəxtlikdən, avtobus divara çırpılarkən yoldan heç kim keçməyib. 

Bu hadisə bir daha göstərir ki, Bakıda fəaliyyət göstərən nəqliyyat şirkətləri üçün sərnişinlərin həyatı dəyərsizdir. Əsk təqdirdə, xəttə buraxmazdan öncə avtobusun saz vəziyyətdə olub-olmadığını yoxlayardırlar. 

Teymur Hacıyev

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.