Cəmiyyət

Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olundu - FOTO

20 Oktyabr 2014 14:24
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Nyu-York Assosiasiyası Müstəqillik Gününü qeyd edib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü Nyu-Yorkda təntənəli şəkildə qeyd olunub. Azərbaycan Nyu-york Assosiasiyası tərəfindən şəhərin Uoll Strit səmtindəki "Boylinq grin" parkında təşkil edilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulunun köməkçisi Reyhan Özgür, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.

ABŞ və Azərbaycan himnlərinin səsləndirilməsindən sonra üçrəngli bayrağımız dövlət himninin sədaları altında qülləyə qaldırılıb.

Assosiasiyanın sədri Ercan Yerdenli öz çıxışında hər il olduğu kimi bu il də "Boylinq grin" parkındakı bayraq dirəyinə Azərbaycan bayrağının sancılmasından qürur hissi duyduğunu bildirib, bayrağımızın Amerikanın ən güclü iqtisadi mərkəzində dalğalanmasının hər bir azərbaycanlı üçün fəxr olduğunu qeyd edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev öz çıxışında Azərbaycan diasporunun gələcək nəsillərinin də üçrəngli bayrağımızı bu meydanda dalğalandıracağına ümid etdiyini deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.