Cəmiyyət

Bakıda qonşu məhəllənin sakinləri maşın sahibini şoka saldılar - FOTO

19 Oktyabr 2014 16:27
20 Şərh     Baxış: 7 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu günlərdə Bakıda maraqlı hadisə olub.

Milli.Az bildirir ki, Rövşən Rəhimov adlı bir istifadəçi Facebook-da belə məzmunlu status paylaşıb: 

"Dünən evə gec çatdım. Binəqədi qəsəbəsində yaşayıram. Qonşularım əsasən məcburi köçkünlərdir. Evimizin yanında parklanma yeri olmadığından maşını qonşu binanın yanında saxladım. Beynimdən fikir keçdi ki, qonşu həyətin sakinlərinin xoşuna gəlməyəcək. Amma yorulmuşdum, həm də gec idi, risk elədim.

Səhər saat 11-də maşına yaxınlaşdım və sizin fotoda gördüklərinizi gördüm: şüşəni sındırıblar, hələ üstəlik, utanmayıb sellofan və skoçla səliqəylə bağlayıblar. Özümdən çıxdım - nə həyasızdırlar, fikirləşdim. Yaxşı ki, bunu edəni iş başında görməmişəm. Yəqin ki, xəstəxanalıq olardı. Neyləyim, həyətdə 200-dək adam yaşayır. Küçənin ortasında qışqırıb söyməyəcəkdim ki!.. Noutbuku yük yerinə atdım. Bunu eləyəni də Allaha tapşırdım.

Maşına oturub mühərriki işə saldım. Şüşələri qaldırdım. ...Hamısı salamatdır!..

Belə yaxşı əməli edən adamdan onun haqqında pis fikirləşdiyim, üstəlik, Allaha tapşırdığım üçün üzr istəyirəm. Sən demə, axşam evə yorğun gələndə pəncərəni açıq saxlamışam, bardaçokda isə mənim üçün vacib olan sənədlər vardı. 

Bax mənim belə xeyirxah azərbaycanlı qonşularım var. Sizə də belələrini arzulayıram!"

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.