Cəmiyyət

Elmi də var, helmi də var

19 Oktyabr 2014 23:30
0 Şərh     Baxış: 9 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
- Bu söz çox zaman "elm" sözü ilə yanaşı işlədilir. Kimisə tərifləmək üçün onun haqqında "elmi də var, helmi də" deyərlər. "Helm" sözünün ifadə elədiyi əsas mənalar yumşaqtəbiətli olmaq, dözümlülük, səbir, təmkindir. Hətta bəzi mütəfəkkirlər belə deyiblər ki, helmi olmayanın elmi yarımçıqdır. Çünki elm və helm bir-birini tamamlayan anlayışlardır. Əgər birisi kiməsə bir şey öyrətmək istəyirsə, ancaq tez-tez əsəbləşib özündən çıxırsa, demək heç istədiyini də öyrədə bilməyəcək.

Bir hədisi-şəriflərində uca Peyğəmbərimiz belə buyurmaqdadır: "Elmin zinətı elm sahibinin helmidir".

"Helm" həm də qüvvətli və haqlı olanın bağışlamasıdır; zəif olsa da haqlının haqsıza müqavimət göstərməsidir.

Bir məqamı unutmaq olmaz ki, helmdə niyyət ancaq və ancaq Allah rizasıdır. Altında başqa niyyət dayanan dözüm, təmkin, yumşaq davraniş helm deyil, ya qorxaqlıqdır, ya tamahgirlik, ya da hansısa ötəri istəkdir.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.