Cəmiyyət

Azərbaycanda regional təhsil idarələrinin yaradılması təxirə salınır

16 Oktyabr 2014 14:59
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın regionlarında Təhsil Nazirliyinin regional idarələrinin yaradılması təxirə salınır

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandılması mərasimində deyib.

Onun sözlərinə görə, regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılması nəzərdə tutulurdu. Ancaq gələn ilin dövlət büdcəsi layihəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb.

Nazir qeyd edib ki, növbəti ildə də bu il tətbiq edilən sistem fəaliyyət göstərəcək.

M.Cabbarovun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək: "Yerlərdəki təhsil şöbələrinin tabeliyində olan məktəblərin idarə edilməsi ilə bağlı Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətləri indi həyata keçirilən şəkildə davam etdiriləcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.