Cəmiyyət

Bu günün hava proqnozu

15 Oktyabr 2014 00:05
1 Şərh     Baxış: 2 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi 7-12 m/s, gündüz arabir 15 m/s sürətlə əsəcək.

Temperaturun gecə 14-17°, gündüz 21-26°, Bakıda gecə 14-17°, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.

Havanın temperaturunun gecə 8-13°, gündüz 22-27° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.

Havanın temperaturunun gecə 4-9°, gündüz 12-17°, bəzi yerlərdə 19° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.

Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.

Temperatur gecə 10-15°, gündüz 20-25° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək.

Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.

Temperaturun gecə 7-12°, gündüz 16-21°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.

Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.

Temperaturun gecə 11-16°, gündüz 21-26°, bəzi yerlərdə 28° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.

Temperaturun gecə 13-15°, gündüz 20-25°, dağlarda gecə 7-12°, gündüz 12-17° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.