Cəmiyyət

Həftənin ilk iş günü üçün hava proqnozu

12 Oktyabr 2014 15:44
7 Şərh     Baxış: 4 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi 9-14 m/s, gecə və səhər arabir 16-20 m/s sürətlə əsəcək.

Havanın temperaturunun gecə 12-15, gündüz 19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında oktyabrın 13-də əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman ehtimalı var. Cənub küləyi 5-10 m/s sürətlə əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.