Cəmiyyət

Bu günün hava proqnozu

12 Oktyabr 2014 00:05
7 Şərh     Baxış: 3 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Cənub küləyi 8-13 m/s, gündüz arabir 16 m/s olacaq.
Temperaturun gecə 12-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 6-11° isti, gündüz 20-25° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Şərq küləyi 5-10 m/s olacaq, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 8-13° isti, gündüz 15-20° isti , dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq, bəzi yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Temperaturun gecə 12-14° isti, gündüz 18-23° isti,
dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.