Cəmiyyət

Sinoptiklərdən şad xəbər

10 Oktyabr 2014 13:36
14 Şərh     Baxış: 5 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaxın 2-3 gündə Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 17-22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə gecə və səhər yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 9-14, gündüz 18-23, dağlarda gecə 0-7, gündüz 7-12 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.