Cəmiyyət

Bu günün hava proqnozu

9 Oktyabr 2014 00:05
0 Şərh     Baxış: 2 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif çiskinli, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi 8-13 m/s, gündüz arabir 16 m/s olacaq.

Temperaturun gecə 12-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 6-11° isti, gündüz 18-23° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 5-10° isti, gündüz 11-16° isti , dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 10-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.