Cəmiyyət

Azərbaycanda şaxta olacaq

7 Oktyabr 2014 13:18
15 Şərh     Baxış: 9 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində oktyabrın 8-də yağış yağacağı, bəzi yerlərdə, xüsusilə şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Dağlarda sulu qar və qar yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.