Cəmiyyət

İstirahət günü hava necə olacaq?

4 Oktyabr 2014 13:07
9 Şərh     Baxış: 3 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraitinin olacağı proqnozlaşdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, fasilələrlə yağış yağacağı ehtimal edilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti olacaq.

Oktyabrın 5-də bölgələrdə də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.