Cəmiyyət

İnsanlara ehtiyac duyulan məkan

2 Oktyabr 2014 20:04
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bölgələrdə fəaliyyət göstərən kitabxanalarda oxucu azlığı var. Belə ki, yay aylarında Yevlax Mərkəzi Elektron Kitabxanasına gün ərzində 10-a yaxın oxucu müraciət edib. Bu isə təxminən 64 min nəfərin yaşadığı Yevlax rayonu üçün olduqca aşağı göstəricidir.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, kitabxananın direktor müavini Tofiq Həsənov bildirir ki, yayda orta təhsil müəssisələrinin tətilə bağlanması da buraya gələnlərin sayının azalmasına təsir göstərib. Çünki oxucu kütləsinin böyük hisssəsini orta məktəb şagirdləri təşkil edir. Lakin Tofiq Həsənov ümumilikdə kitabxanaya gələnlərin sayının az olduğunu deyir.

Tofiq Həsənov kitabxanaların yaşından və təhsilindən asılı olmayaraq, insanların dünyagörüşünün, zəkasının və nitqinin formalaşmasında müstəsna rol oynadığını önə çəkir. Bu baxımdan insanlara kitabxanalara tez-tez getməyi tövsiyə edir.
Qeyd edək ki, Yevlax Mərkəzi Elektron Kitabxanası insanlar arasında kitabların təbliğinə dair mütəmadi olaraq tədbirlər, kitab bayramları keçirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.