Cəmiyyət

Bayram rabitəçilərimizin işini çətinləşdirdi

2 Oktyabr 2014 19:53
0 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) struktur bölmələrinə Qurban bayramı ərəfəsində rabitə, internet, televiziya, radio və poçt rabitəsi xidmətinin göstərilməsi üzrə fasiləsiz işi təmin etməyi tapşırıb". Milli.Az xəbər verir ki, bunu trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.

Onun sözlərinə görə, bayram günlərində rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət operatorunun telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə işləyəcəklər. Nazirlik, həmçinin abonentlərin rahatlığını təmin etmək məqsədi ilə əlavə tədbirlər görməyi nəzərdə tutur.

RYTN borclu abonentlərin də (onların müraciəti əsasında) telefon xətlərinin fasiləsiz işini təmin etməyi tapşırıb.

M.Əmirov qeyd edib ki, nazirliyin bütün struktur bölmələrinə təhlükəsizlik xidmətini gücləndirmək və mümkün problemlərin operativ aradan qaldırılması üçün qəza briqadalarını hazır vəziyyətə gətirmək tapşırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.