Cəmiyyət

Hansı şəxslər silah gəzdirə bilərlər?

2 Oktyabr 2014 18:16
0 Şərh     Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qanunsuz silah-sursatın dövriyyəsinə qarşı mübarizə məqsədilə hüquq-mühafizə orqanları tərəfindən mütəmadi sərhəd-sipər əməliyyatları həyata keçirilir. Bununla yanaşı, müvafiq maarifləndirmə işlər də aparılır.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, vətəndaşlardan yivli silahların yığışdırılması üçün illərdir müəyyən addımlar atılsa da, ötən gün Goranboyda baş verən ağır cinayət hadisəsi bəzi mülki şəxslərdə silahların qaldığını bir daha göstərdi. Bəs qanunla bu necə tənzimlənir? Ümumiyyətlə, mülki şəxslər hansı şərtlərlə silah daşıya bilər?

Uzun illər hüquq-mühafizə orqanlarında çalışan hüquqşünas Ramiz Aydayev bildirir ki, qanun ancaq yivsiz ov silahlarının satışına icazə verir. Azərbaycanda kriminagen durumu nəzarətdə saxlamaq məqsədilə silah satışı daim diqqətdə saxlanılır. Müvafiq qaydalar Azərbaycan vətəndaşının 7 yivsiz silah əldə etməsinə icazə versə də, bu istənilən halda cəmiyyət üçün təhlükə mənbəyi hesab edilir. Əgər mülki şəxslər onlarda olan silahları rayon polis şöbəsinə könüllü təhvil versələr, hər hansı cinayət məsuliyyətindən azad olunacaqlar, əks halda isə AR CM-nin 228, 229, 230, 231 və 232-ci maddələrin müvafiq bəndləri üzrə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.