Cəmiyyət

Sənin harana yaraşır qadın olmaq?!

2 Oktyabr 2014 18:11
3 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kulis.az-a istinadən Sevinc Mürvətqızının şeirini təqdim edir 

Sus, qadın...
 

düzünü demə, doğrunu danışma,

sən yalanlarınla sevimlisən...

doğulandan yalanı boyuna biçiblər sənin-

için qan ağlasa da, gül yalandan...

kimə lazımdı doğruların?

dillənmə,

zilləmə baxışlarını

gözünün altına tuşlanan yumruğa.

kimsəyə danışma dərdini,

yuvarla köhnə xalı kimi,

gizlət-qəlbinin nəm olmayan tərəfinə.

kimə gərək düşüncələrin, arzuların?!

qatla, at, maraqsız kitab kimi

ürəyinin uşaq əli çatmayan uzaq rəfinə...

sus, qadın...

söylədiyin həqiqətin sayı qədər

qaraltılar "bəzəyəcək" vücudunu,

sənin yalnız adın -QADIN...

kimə gərəkdi haqq deyən dilin,

savadın,

istedadın...?!

mətbəx robotu,

surroqat ana,

qulluqçu və dayə-

budur,

budur,

budur və budur təyinatın...!

sənin harana yaraşır əsl qadın olmaq?!

sənin "borcundu"-

biş-düş,

paltar-yamaq,

ərin istəməsə- "uşaq salmaq",

istəsə- oğul doğmaq...

sənin ağlından və dilindən başqa

hər yerin işlək cihaz olmalı...

vaxtaşırı qulağının dibində yumruq,

başının üstündə qapaz olmalı...

sus, qadın...

sən yalanlarınla sevimlisən...

susss...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.