Cəmiyyət

Yaxın adamı rəhmətə gedən kişi 40 gün üzünü qırxmamalıdır?

2 Oktyabr 2014 19:57
0 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adət var ki, yaxın adamı rəhmətə gedən şəxs 40 gün üzünü qırxmır, bir il toya getmir. Bu adətlərə mütləq əməl etmək lazımdır? 

Milli.Az islam.az-a istinadən bildirir ki, bu kimi işlər şəriətimizdə vacib buyurulmayıb. Amma bunların edilməsi də günah deyil. Adətən, insan öz yaxınını itirəndə sevinməyə, şadlıq etməyə və bəzənməyə istəyi olmur.

O, öz matəmini şəriətə zidd olmayan hər hansı formada ifadə etməkdə azaddır. Məsələn, əri vəfat etmiş qadının bir il saçına həna (rəng) qoymaması, özünə bəzək vurmaması məsləhət görülüb. Amma unutmayaq ki, şəriətə görə qadın naməhrəmlərdən örtünməlidir və bu halda onun bəzəksiz olması yalnız məhrəm adamlara məlum olur. Kişi isə, cəmiyyət içinə çıxdığı üçün saç-saqqalının səliqəsinə fikir verə bilər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.