Cəmiyyət

"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə XƏBƏRDARLIQ

2 Oktyabr 2014 12:41
55 Şərh     Baxış: 9 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təhsil Nazirliyi oktyabrın 5-də keçiriləcək "Müəllimlər günü" ilə bağlı pul yığılması haqda yayılan məlumatlara cavab verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazirliyin sözçüsü Cəsarət Valehov özünün facebook hesabında bildirib ki, bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır:

"Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan bizim 146 saylı "qaynar xətt"imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Biz adı ilə müraciət etməyi öyrənməliyik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.