Pakistanın İslamabad şəhərində yerləşən "Beyt-ul-Mal" - kimsəsiz uşaqlar evində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı münasibətilə tədbir keçirilib.
Səfirlikdən Trend-ə bildiriblər ki, İslamabad və Ravalpindi şəhərlərinin 6 kimsəsiz evindən 800 nəfərdən çox uşaq üçün təşkil olunmuş təntənəli mərasimdə "Beyt-ul-Mal"ın icraçı direktoru Abid Vahid Şeyx, Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları, aparıcı elektron və çap media mənsubları iştirak ediblər.
Tədbirdə çıxış edən "Beyt-ul-Mal"ın icraçı direktoru A.V.Şeyx Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya pakistanlı kimsəsiz uşaqlara Qurban bayramı ərəfəsində göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, ilahi sevgidən yaranan bu bayram günündə Azərbaycanın birinci xanımının bu təşəbbüsü onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin iki xalq arasında məhəbbətinin göstəricisidir. O, Heydər Əliyev Fondunun 2012-ci ildən başlayaraq mütəmadi olaraq "Beyt-ul-Mal"a yardımlar etdiyini qeyd edib.
Daha sonra icraçı direktor rəhbərlik etdiyi qurum haqqında mərasim iştirakçılarına məlumat verib. O deyib ki, Pakistan hökuməti nəzdində fəaliyyət göstərən bu təşkilatda Pakistanın bütün əyalətlərində fəaliyyət göstərən 33 internat tipli kimsəsiz uşaqlar evlərində 3500 nəfər uşaq məskunlaşıb.
Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban xanım Əliyevanın adından tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, onlara öz xoş arzularını çatdırıb. Səfir Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə məlumatlar verib.
Sonra İslamabad və Ravalpindi şəhərlərində fəaliyyət göstərən "Beyt-ul-Mal" uşaqlar evinin hər bir uşağına qiymətli hədiyyələr təqdim edilib, uşaqlar və qonaqlar üçün nahar yeməyi təşkil olunub.
Mərasimin sonunda kimsəsiz uşaqlar üçün musiqi və əyləncə proqramları təşkil olunub. "Beyt-ul-Mal"ın icraçı direktoru tədbir iştirakçılarını kimsəsizlər evində Pakistan hökuməti və Heydər Əliyev Fondu tərəfindən aparılmış yenidənqurma işləri ilə tanış edib.
A.V.Şeyx, D.Şikarov və Milli Assambleyanın deputatı Malik Üzeyir Xan aparıcı media mənsublarına müsahibə veriblər. Müsahibələrdə iki ölkə arasında mövcud olan dostluq əlaqələrindən danışılıb, Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi xeyriyyə aksiyalarının bu münasibətləri daha da zənginləşdirdiyi qeyd edilib.
Qeyd edək ki, Qurban bayramı günləri, 6-8 oktyabr tarixlərində Heydər Əliyev Fondu adından iribuynuzlu qurbanlıqlar kəsilərək daşqın və sellərdən zərər çəkmiş pakistanlılara paylanılacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Pakistanda Heydər Əliyev Fondunun dəstəyi ilə Qurban bayramı münasibətilə tədbir keçirilib - FOTO
1 Oktyabr 2014 16:46
Baxış: 1 085
DİGƏR XƏBƏRLƏR
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
- Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
XƏBƏR LENTİ
- Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
- Rusiya vətəndaşları Türkiyədə 1000-dən çox daşınmaz əmlak alıb
- Sərxoş aktrisanın sürücülük vəsiqəsi əlindən alındı - FOTO
- Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTO
- Avropa çempionatının ən reytinqli cüdoçusu - Hidayət Heydərov
- Cəlilabadda yol qəzası - 4 nəfər yaralandı
- "Müğənnilər efirdə bu haqda danışanda acığım gəlir"
- Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı - FOTO
- Ançelotti Arda barədə qərarını verdi
- Dörd kəndlə bağlı protokol bu tarixədək imzalanmalıdır
- Benzin sərfiyyatını azaltmağın sadə yolu - Ustaya getmədən - VİDEO
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- “Azparking” işçisini təhqir edən sürücü həbs edildi
- “Bu, Bakıda üçüncü çıxışımdır, arena çox gözəldir” - MÜSAHİBƏ
- XİN: Ermənistan 4 kəndinin geri qaytaracaq
- Dostu Mehini aldadıb pulunu aldı
- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş
- “Apple” Çində bu proqramları “App Store”dan sildi
- "Atamın ağladığını görəndə..." - VİDEO
- Azərbaycan və Ermənistan sərhəd xidmətlərini belə yerləşdirəcəklər
- Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq
- Dövlət qurumlarını aldadan iş adamına 11 il həbs - 10 milyonluq əmlakı alındı
- Bu bürclərə qarşı əsla səhv etməyin! – Adamı peşman edirlər...
- SON DƏQİQƏ: Qazaxın 4 kəndi geri qaytarıldı - İlham Əliyevin NÖVBƏTİ ZƏFƏRİ