Cəmiyyət

21-ci əsrdə belə yol olar? - VİDEO - FOTO

2 Oktyabr 2014 01:00
0 Şərh     Baxış: 2 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yol infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir, nəhəng layihələr reallaşdırılır. Artıq ölkəmizin magistral avtomobil yollarının dünya standartları səviyyəsində yenidən qurulması işləri, demək olar ki, başa çatmaq üzrədir. Lakin təəssüf ki, bu sözləri Abşeron rayonunun ən sıx əhalisi olan yaşayış məntəqələrindən biri sayılan Saray qəsəbəsinin yolları haqqında söyləmək qeyri-mümkündür.

Milli.Az xəbər verir ki, bu gün qəsəbənin mərkəzi yolu istisna olmaqla heç bir küçəsində faktiki olaraq asfalt örtüyü yoxdur. Yağmurlu günlərdə göllənən yollar keçilməz olur, quraq vaxtlarda da toz dumanı ərşəyə qalxır. Nəinki piyadaların, hətta nəqliyyatın hərəkəti belə mümkünsüz olur.

Sakinlərin dəfələrlə bununla bağlı bələdiyyəyə müraciətləri nəticəsiz qalıb. Halbuki, qəsəbədə su-kanalizasiya xəttinin çəkilişi və qazlaşma işləri tamamilə başa çatıb. Küçələrin asfaltlanması üçün heç bir maneə yoxdur. Əlaqədar təşkilatlardan yazıda qeyd olunan məsələni nəzarətə götürülməsini və Abşeron rayonu Saray qəsəbəsinin yolsuzluq probleminin həlli istiqamətində əməli işlər görülməsini xahiş edirik.

Abşeron rayon Saray bələdiyyəsindən Milli.Az-a bildirildi ki, qəsəbənin mərkəzi və əsas yolları asfaltlanıb. Daxili və kənd yolları isə tədricən təmir olunacaq.

Samir Aslan
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.