Cəmiyyət

Azərbaycanda bütün təhsil şöbələrinin fəaliyyətini dayandıracağı vaxt açıqlandı

1 Oktyabr 2014 13:18
Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda rayon və şəhər təhsil şöbələrinin fəaliyyəti dekabrın 15-dən dayandırılacaq

Hökumətdəki mənbədən Trend-ə verilən məlumata görə, dekabrın 15-dən təhsil şöbələrinin bütün işçiləri vəzifələrindən azad ediləcəklər.

Yanvarın 1-dən isə artıq Təhsil Nazirliyinin yerlərdəki 15 Regional İdarəsi fəaliyyətə başlayacaq. Hazırda həmin idarələrin strukturunun formalaşdırılması üzrə yerlərdə işlər aparılır.

Təhsil Nazirliyinin strukturuna daxil olan həmin idarələr işə başladıqdan sonra yerlərdə təhsilin idarəolunması işi ilə məşğul olacaqlar. Yerlərdə təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi də artıq bu qurumların vasitəsi ilə həyata keçiriləcək.

Hazırda isə təhsil sisteminin maliyyələşdirilməsi Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin xətti ilə həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi, İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi, Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi, Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi, Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi, Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi, Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi, Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi, Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi, Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi, Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi, Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi, Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi yaradılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.