Cəmiyyət

Rafiq Tağının ölüm faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir

1 Oktyabr 2014 11:40
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Rafiq Tağının ölüm faktı ilə bağlı əməliyyat-axtarış tədbirlərini davam etdiririk. Təəssüflər olsun ki, bu işin açılması hələ də təmin edilməyib. Bu, bizi narahat edir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror onu da bildirib ki, bu ilin 9 ayı ərzində 245 ölüm hadisəsindən 12 qəsdən adam öldürmə hadisəsinin üstü açılmayıb: "Sözsüz ki, biz həmin cinayətlərin açılması üzrə digər dövlət orqanları ilə səylər göstəririk".

Qeyd edək ki, 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.