Cəmiyyət

Baş prokurordan Goranboydakı kütləvi qətllə bağlı AÇIQLAMA

1 Oktyabr 2014 11:05
2 Şərh     Baxış: 1 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə qrupu hadisə yerinə göndərilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror ümid edir ki, hadisənin tam obyektiv istintaqı təmin olunacaq: "Belə bir hadisənin baş verməsinə çox təəssüf edirik. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən şəxs tutulub".

Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboyda evə silahlı hücum nəticəsində 7 nəfər öldürülüb, iki nəfər isə ağır yaralanıb. Qətli törətməkdə şübhəli bilinən kürəkən saxlanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.