Cəmiyyət

Aldığınız konfetdən qurd çıxarsa - FOTO

1 Oktyabr 2014 12:09
2 Şərh     Baxış: 1 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı dükanlardan birindən konfet alan oxucumuz evdə heyrətlənib.

Çünki onun aldığı konfetin içindən qurd çıxmışdı. Qurdlu konfetlər dükana qaytarılıb.
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin dediyinə görə, konfetdən qurd çıxması qənnadı məmulatlarının istehsalı və saxlanmasında qayda pozuntularının nəticəsidir.
 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ərzaq şöbəsinin rəhbəri İmran Abdullayev isə hesab edir ki, konfet və digər qənnadı məmulatlarında qurdların peyda olması saxlanma qaydalarının kobud şəkildə pozulması ilə bağlıdır.
 

"Qidadakı qurdlar mədə-bağırsaq xəstəlikləri yarada bilər. Bunun qarşısını almaq üçün ticarət obyektlərində saxlanma qaydalarına riayət olunmalıdır. Əks təqdirdə belə qanun pozuntularına yol verənlər inzibati məsuliyyətə cəlb edilməlidirlər", - İ.Abdullayev söylədi.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.