Cəmiyyət

Bakıda "emo"lar nə istəyirlər? - VİDEO

1 Oktyabr 2014 13:03
0 Şərh     Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu qruplaşmanın əsas hədəfi əsasən yeniyetmələrdir
Bu gün əksəriyyət "emo"lar kimi tanınan insanları qəbul etmir.

ANS TV-nin məlumatına görə, elə onlar da cəmiyyətə qarşı üsyan edərək öz etirazlarını bildirirlər. Bir çoxları bunun səbəbini onların qeyri-adi olması ilə əlaqələndirir. Çünki bu tipli insanların öz dünyası olur. Amma təəssüf doğuran hal odur ki, "emo" qruplaşmalarının əsas hədəfi yeniyetmələrdir.

Araşdırmalar zamanı məlum olub ki, bu qrupların qurbanı olanlar, əsasən özünü ifadə edə bilməyən, cəmiyyətdə öz yerini tapmaqda çətinlik çəkən, eyni zamanda ailədaxili konfliktlər yaşayanlardır. Bu insanlar emosional olduqları üçün tez depressiyaya düşür və təkliyə üstünlük verirlər. Bəlkə də bu günlərdə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 37 ünvanında yaşamış 15 yaşlı Qəmərin də intihar etməsinin səbəbi bu olub. Çünki deyilənlərə görə, o, da "emo" kimi tanınan qruplaşmalara qoşulubmuş. O, həm geyimi, həm də davranışı ilə fərqlənirmiş. Psixoloqlar bu tipli insaların depressiyaya düşməsini və bəzən bunun intiharla nəticələnməsini, əsasən ailədaxili problemlərin olması ilə əlaqələndirir.

"Azərbaycan etnopsixologiyası üçün bu qəbul olunmur. Bu müsbət dəyərləndirilmir. "Emo" üsyan edir hər kəsə. Amma bizim öz psixologiyamız olub", - deyə psixoloq Elnur Rüstəmov qeyd edib.

"Emo"ları digərlərindən fərqləndirən daha bir cəhət onların geyimlərinin, davranışlarının fərqliliyi, özlərinin musiqi janrlarının olması, eyni zamanda üzərlərində dəmir aksesuarları gəzdirmələridir. Onların uzun tel saxlamaları, qara geyim fonunda rəngli, əsasən çəhrayi, mavi aksessuarlar gəzdirmələri və bədənin müxtəlif yerlərində pirsinqin olmasıdır. İlk vaxtlar bu cərəyanın üzvləri yalnız yeniyetmələr olsalar da, hazırda bu kontingentə daxil olan şəxslərin arasında 45 və ondan da çox yaşı olanlara rast gəlmək mümkündür.

Mütəxəssislər yeniyetmələri bu vəziyyətdən çıxarmaq üçün ilk növbədə valideynlərin övladlarına qarşı diqqətli və anlayışlı olmalarını məsləhət görürlər. Çünki bu insanları zor, güc hesabına deyil, yalnız düzgün istiqamətləndirməklə, adi həyat tərzinə qaytarmaq mümkündür. Çünki bu qruplaşmaya qoşulan gəncləri nəyəsə məcbur etməyin sonu intiharla nəticələnə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.