Cəmiyyət

Gəncədə III Beynəlxalq Şərab Festivalı başlayıb

30 Sentyabr 2014 18:20
0 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə Respublika Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, ölkəmizin Fransadakı səfirliyinin və şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Şərab Festivalı başlayıb. Festivalda ölkəmizlə yanaşı Fransa, Almaniya, İtalya, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrin şərab istehsalçıları və distribütorları iştirak edirlər.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, festivalın ilk günündə yerli və xarici qonaqların iştirakı ilə ilk dəfə olaraq "Salxım" Dequstasiya müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın 10-a yaxın şərab istehsalçısının məhsulları yer alıb. Dequstasiyanı isə yerli və xarici mütəxəssislərdən ibarət 18 nəfəlik komissiya aparıb.

Vüqar Mikayılov, texnika elmləri doktoru: "Demək olar ki, bütün standartlara riayət olunacaq. Yəni bütün butulkaların hamısının üzəri gümüş folqa ilə bağlanılıb. 1, 2 və 3 rəqəmləri ilə işarələnib ki, dequstatorlar yadda saxlasınlar və komissiyanın fəaliyyətində saxtakarlığa yol verilməsin".

Təqdim olunan şərab nümunələri birinci, ikinci və ücüncü yerə layiq görüləcəklər ki, onlar da müvafiq olaraq qızıl, gümüş və bürüc medalla mükafatlandırılacaqlar. Bir müəssisə isə "Qradpri" adına layiq görüləcək. Mükafatlar isə sabah keçiriləcək möhtəşəm "Şərab Festivalı"nda təqdim olunacaq. III "Beynəlxalq Şərab Festivalı"nda Fransa, İtaliya və Gürcüstan da daxil olmaqla 10- yaxın xarici dövlətin şərab istehsalçıları, distribütorları və istehlakçıları qonaq qismində iştirak edirlər.

Anrey Viliye
, fransız dequstator: "İndi Fransada Azərbaycanı daha çox sevirlər. İki ölkə arasında iqtisadi, mədəni, ictimai əlaqələr sürətlə inkişaf edir. Şübhəsiz ki, hər iki dövlət bu əməkdaşlıqda maraqlıdır. Belə festivalların keçirilməsi dostluq əlaqələrini daha da möhkəmləndirir".

Omar Qaçarava
, gürcüstanlı dequstator: "Gürcüstanın şərab istehsalında zəngin təcrübəsi var. Biz bilirik ki, Azərbaycan şərabları da öz keyfiyyəti ilə həmişə seçilib. Çox şadıq ki, festivala dəvət almışıq və burada iştirak edirik. Ümidvaram ki, belə festivallar gələcəkdə yeni növ və keyfiyyətli şərabların istehsalına zəmin yaradacaq".

Corso Brentari
, italyan dequstator: "Mən ilk dəfədir ölkənizdə şərab festivalında iştirak edirəm və buna görə özümü xoşbəxt sayıram. Azərbaycan şərablarını dequstasiya etdim. Xoşuma gəldi. Biz də gətirdiyimiz şərabları festivalda təqdim edəcəyik. Çox istərdim ki, yenidən Azərbaycana gəlim".

Artıq ənənəyə çevrilən festivalın əsas məqsədi şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.