Cəmiyyət

Azərbaycanda su basan kəndlər işıqsız qalıb

30 Sentyabr 2014 22:26
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabirabadın 2010-cu ildə su basan kəndlərinin sakinləri köhnə problemlə üz-üzə qalıb.

Milli.az axar.az-a istinadən bildirir ki, rayonun Muradbəyli, Qasımbəyli, Novruzlu, Yuxarı Axtaçı kəndlərində yaşayanların verdiyi məlumata görə, onlardan yenə də təbii fəlakət dövründən qalma işıq pulu borcları tələb olunur. Sakinlərin dediyinə görə, onlar vaxtında elektrik enerjisi borcunu ödəsələr də, daşqınlar dövründə üst-üstə yığılan borcların verilməsi istənilir. Seldən zərər çəkənlər isə təbii fəlakət baş verdiyi ərəfədə onların işıq pulu borclarının ölkə rəhbərliyi tərəfindən silindiyini qeyd edirlər.

"Bir müddət əvvəl sel-daşqın dövründən qalma borcları yığmağa başladılar. Kənddə yığışıb, şikayət etdik, məsələ bağlandı. Hər kənd sakininə bir borc yazılıb: kiminə 200 manat, kiminə 300 manat. Bizim borclarımız o vaxtı silindi, prezident sağ olsun ki, borclarımızı ləğv etdi, onsuz da çətin olan vəziyyətimizdə bizə dəstək oldu", - deyə şikayətçilər bildirirlər.

Sakinlər deyirlər ki, borcların ödənilməsi üçün qəsdən işığı kəsirlər, fasilələrlə verirlər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.