Cəmiyyət

Qurban Yetirmişli: "Bu il çox aktiv seysmiklik var"

30 Sentyabr 2014 17:56
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 29-u Qəbələdə üç yeraltı təkan baş verib

Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal, ölkənin əksər rayonlarında 3-4 bal gücündə hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "media forum" saytına deyib ki, seysmik durum fon səviyyəsindədir:

"Sentyabrın 29-da Qəbələ-Xınalıq istiqamətində qeydə alınan silkələnmədən sonra afterşoklar davam edir. Bu, o deməkdir ki, proses dayanmır, ərazidə enerji boşalması gedir və orada yenidən zəlzələ qorxusu yoxdur.

Azərbaycanın hər bir bölgəsində, Astaradan Mahaçqalaya qədər həm suda, həm quruda zəlzələ ocaqları var. Yalnız Abşeron yarımadasının bir hissəsində zəlzələ ocaqları qeydə alınmır. Bu da tektonik qırılmalar və blokların hərəkəti ilə gedən proseslərlə əlaqədardır.

Bu il fevralın 10-da Hacıqabul rayonunda gücü 6 bala çatan zəlzələ ölkə ərazisində 3-5 bala qədər hiss edildi. Hətta Gürcüstan, Ermənistan, İranda silkələnmə oldu. Hesab edirəm ki, elə bunun təsirindən gərginlik toplanan zəlzələ ocaqlarında aktivlik artdı. Keçən illə nisbətən bu il çox aktiv seysmiklik var. Yanvar ayından bu günə qədər 5 zəlzələ olub: ikisi Xəzər dənizində, digərləri Hacıqabulda, Zaqatalada və sonuncusu Qəbələdə. Bu, böyük rəqəmdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.