Cəmiyyət

Azərbaycanda tarixi tapıntı: skeletin boyu 2 metrdən artıqdır

30 Sentyabr 2014 13:45
0 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Ağstafa rayonu ərazisində eradan əvvəl 2-ci minilliyin sonlarına aid olan kurqan aşkarlanıb.

Ərazinin vaxtilə istifadə olunan karvan yolunun üzərində yerləşməsi onun tarixinin daha qədim olmasından xəbər verir.

Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan qazıntılar zamanı oradan boyu 2 metrdən hündür olan kişi skeleti tapılıb. Arexoloqlar ərazinin qədim insan məskənləri olmasını nəzərə alaraq,  kurqandan bir qədər uzaqlıqda qazıntı işlərini davam etdiriblər. Həmin ərazidən isə keramika küplər və heyvan qalıqları aşkarlanıb.

Kurqanlar vadisi adlandırılan ərazidə yaşı son tunc-erkən dəmir dövrünə, eramızdan əvvəl II minilliyin əvvəllərinə aid daha 300-ə yaxın kurqan da aşkarlanıb. Keşikçidağ mağaralar kompleksinin ətrafındakı kurqan tipli qəbirlər bir neçə hektar ərazini əhatə edir.

Qeyd edək ki, son olaraq aşkar edilən kurqanın ətrafı hasarlanıb və üzərinə onun yaşını bildirən lövhə yerləşdirilib. Qoruğun ərazisində bu cür abidələrin üstünlük təşkil etməsi burada arxeoloji parkın yaradılması və arxeoturizmin inkişaf etdirilməsi üçün zəmin yaradır. Qədim kurqanlar vadisində qazıntı işlərinin davam etdiriləcəyi bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.